RU

“İnter” onu icarəyə verdi

İtaliyanın “Empoli” klubu müdafiəçi və yarımmüdafiəçi kimi çıxış edə bilən Franko Karbonini heyətinə qatıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “İnter”ə məxsus olan argentinalı futbolçu icarə əsasında komandanın sıralarına qoşulub. Müqavilədə müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə məcburi satınalma bəndi də nəzərdə tutulub.

Qeyd edək ki, 22 yaşlı futbolçu son illərdə bir neçə klubda icarə əsasında çıxış edib. O, 2023/2024 mövsümünü də “Venezia”da keçirmişdi. Transfermarkt portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 1 milyon avro təşkil edir.

“Empoli” ötən mövsüm A Seriyasında 18-ci yeri tutaraq B Seriyasına düşüb.

Избранный
22
90deqiqe.az

1Источники