RU

2-ci qrup üzrə ölkə birincisi: Bu gün ikiqat sevinc yaşadım

BAKI, 17 iyul. TELEQRAF

2-ci ixtisas qrupu üzrə ölkə üzrə ən yüksək nəticəni Bakı şəhər 83 saylı məktəb-liseyin məzunu Nilufər Zeynallı göstərib.

677.9 balla qrupu üzrə ölkə birincisi olan Nilufər imtahan haqda ilk təəssuratları Teleqraf-la bölüşüb.

Nilufər deyir ki, bu gün həm də orta məktəbi qızıl nişanla bitirdiyi xəbərini alıb: "Buna görə də ikiqat sevincliyəm. Xəbəri alanda şəhərdə sinif yoldaşlarım ilə idim. Onlar da hamısı yaxşı nəticələr göstəriblər, çox sevindik hamımız".

Onun sözlərinə görə, imtahanda bir qədər həyəcanlı imiş, nəticələrini yoxlayandan sonra yaxşı nəticə toplayacağına əmin olsa da, ölkə birincilərindən olmağı gözləmirmiş.

"Blok imtahanında Riyaziyyat fənni bütün sualları düzgün cavablandırmışam. Coğrafiya fənnindən 1 səhv cavabım oldu, bir sualı dacavablandırmamışam. Tarix fənnindən də 1 sualı yazmamışdım", - deyə o bildirib.

Nilufər hansı ixtisası seçəcəyini də açıqlayıb: "UNEC-də ingilis dilində maliyyə üzrə təhsil almaq istəyirəm. Amma hələ tam qərar verməmişəm".

Избранный
59
teleqraf.com

1Источники