RU

Dünyaca məşhur müğənni xəstəxanalıq OLDU

Məşhur britaniyalı müğənni və aktrisa Suki Waterhouse dar geyimlər geyinmək vərdişinin sağlamlığına ciddi ziyan vurduğunu açıqlayıb. 33 yaşlı sənətçi dar şalvar geyinməyin nəticəsində qasıq yırtığı (fıtıq) yaşadığını və bu səbəblə xəstəxanaya yerləşdirildiyini bildirib.

News24.az xəbər verirki, adətən səhnə görüntüləri və konsert anlarını paylaşan Waterhouse bu dəfə sosial media platforması X-də xəstəxana yatağından bir foto yayımlayaraq pərəstişkarlarını bilavasitə məlumatlandırıb. Paylaşımında, ona "Niyə artıq tweet atmırsan?" sualını verən izləyicilərinə belə cavab verib:

"Heç düşündünüzmü ki, 6 ay əvvəl çox dar şalvar geyinməyim fıtığa səbəb olub? Bunu sizə deməyə çox utanırdım."

Waterhouse-un paylaşımı sosial mediada böyük maraqla qarşılanıb və minlərlə insan ona keçmiş olsun mesajları göndərib.

Sağlamlıq problemi yaşamasına baxmayaraq, əhvalını yüksək saxlayan sənətçi, sağalan kimi yenidən səhnələrə qayıdacağını bildirib. O, 8 avqustda ABŞ-ın Aspen şəhərində keçiriləcək "Up In The Sky Music Festival"ında çıxış edəcəyini də elan edib.

Xeyrənsə Piriyeva

Избранный
52
50
news24.az

10Источники