RU

Suyun verilişində yaranmış problemlər sakinləri çətinə salıbVİDEO

Havaların isti keçdiyi bu günlərdə suyun verilişində yaranmış problemlər sakinləri çətinə salıb.

Vətəndaşlar bununla bağlı "Xəzər Xəbər"in qaynar xəttinə müraciət ediblər.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsinin sakinləri deyirlər ki, xüsusilə yay aylarında su problemi yaşayırlar. Bu səbəbdən də içməli suyu maşınla almalı olurlar.

Sakinlər deyirlər ki, su müəyyən yerə qədər gəlir, lakin bilinməyən səbəbdən yaşadıqları küçəyə gəlib çıxmır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, qeyd olunan ünvanda su təchizatında təzyiqlə bağlı müvəqqəti çətinliklər müşahidə olunur. Məsələ ilə bağlı müvafiq rayon sukanal idarəsinin mütəxəssisləri tərəfindən səbəblər araşdırılır və problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Tezliklə abonentlərin su təchizatı əvvəlki rejim üzrə bərpa olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

Избранный
61
xezerxeber.az

1Источники