“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, İngiltərə təmsilçisi “Ayntraxt”dan (Frankfurt) Huqo Ekitike ilə razılığa gəlib. Bu barədə “RMC Sport” məlumat yayıb. “Qırmızılar” fransalı hücumçu ilə 6 illik müqavilə imzalayacaq.
Ekitike “Ayntraxt”la 64 oyunda 26 qol vurub, 14 məhsuldar ötürmə edib.