RU

Bakıda körpə qızını amansızlıqla öldurməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda körpə qızını amansızlıqla öldurməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən yekun prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Valeriy Tolmaçevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən Valeriy Tolmaçev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Binəqədi rayonunda ərazisində baş verib. Belə ki, Valeriy Tolmacev qeyri rəsmi nigahda yaşadığı yoldaşı Sevda Qocayevadan nigahdan kənar dünyaya gələn 2023-cü il təvəllüdlü Tolmaçeva (Qocayeva) Mədinəni qəsdən öldürməkdə təqsirləndirilib.

Hadisənin baş verməsinə səbəb 1 yaşlı körpənin ağlayaraq atasının yatmasına mane olması olub.

O sərxoş halda körpənin ağlamasından hiddətlənərək onun başını bir neçə dəfə divara çırparaq ölümünə səbəb olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9 (Qəsdən adam öldürmə — xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

Избранный
43
5
apa.az

10Источники