Xəbər verdiyimiz kimi, iyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın hadisəsinin ehtiyatsız davranış nəticəsində törədildiyi müəyyən olunub. Belə ki, Laçın rayon Sus kənd sakini olan 3 nəfərin dağlıq ərazinin meşə massivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyə yayılıb.
News24.az "Unikal"a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Laçın rayonu, Qızılca kənd sakini Həsənov Yaşar Səfi oğludur.
Eyni zamanda, Zahid və Yaşar Həsənov qardaşları da saxlanılıblar.
