RU

Fransa Seneqaldakı son iki hərbi bazasını təhvil verib

Fransa Seneqaldakı son iki hərbi bazasını Seneqal hökumətinə təhvil verib.

APA xəbər verir ki, bununla bağlı Fransa və Seneqal rəsmilərinin iştirakı ilə mərasim keçirilib.

Belə ki, “Camp Geille” hərbi bazası və Dakar hava limanındakı ərazi Seneqal rəhbərliyinə qaytarılıb.

350-yə yaxın fransız əsgərinin öz ölkələrinə qayıtması ilə Fransanın Qərbi və Mərkəzi Afrikada daimi hərbi mövcudluğu sona yetəcək.

Qeyd edək ki, 2024-cü ildə Seneqalda prezident seçkilərində qalib gələn Bassiru Diomaye Fransa hərbi qüvvələrinin ölkədən çıxarılmasını tələb edib.

Избранный
58
17
apa.az

10Источники