RU

Basketbolun 3x3 növü üzrə Dünya Seriyasının Sumqayıt mərhələsinin iştirakçıları məlum olub

Basketbolun 3x3 növü üzrə Dünya Seriyasının Sumqayıt mərhələsinin iştirakçıları məlum olub.

Azərbaycan Basketbol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Sumqayıt mərhələsində dünyanın müxtəlif ölkələrindən olan komandalar çempionluq uğrunda mübarizə aparacaqlar. Yarışda ümumilikdə 16 kollektiv iştirak edəcək. Onlardan 12-si milli (Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya), 4-ü isə klub olacaq (“Karolina”(Puerto Riko), “Pekin”(Çin),“Takasaki”(Yaponiya), “CS Rapid”(Rumıniya).

Qeyd edək ki, Sumqayıt mərhələsinin oyunları 26-27 iyulda şəhərin dənizkənarı bulvarında baş tutacaq.

Избранный
52
7
90deqiqe.az

9Источники