RU

Sloveniyalılar “Sabah”ı mübarizədən kənarlaşdırmağın yolunu tapıb? – Rieraya məsləhət

“Siol.net” saytı Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Selye” – “Sabah” matçından bəhs edib.

“Football-plus.az” xəbər verir ki, Sloveniya nəşri görüşün azı Bakıdakı qarşılaşma qədər gərgin olacağını qeyd edib:
“Selye” ötən mövsüm Konfrans Liqasında böyük iş gördü. Baş məşqçi Albert Rieranın sərəncamında olan heyət, sadəcə, möhtəşəm idi. Bu gün durum fərqlidi. Komandada ayrılıqlar yaşanıb və yeni 11 futbolçu var. İlk matç göstərdi ki, “qraflar” azarkeşlərinə yeni imic nümayiş etdirmək niyyətindədi. Etiraf edək ki, yenilənmiş komandanın əvvəlki səviyyəyə çatması üçün xeyli vaxt lazımdı. Amma Riera Azərbaycanda qazandığı qələbəylə daha yaxşısını etməyə hazırlaşdığını sübut etdi. O, Avropa Liqasında daha irəli getmək üçün sadəcə, yarımmüdafiə xəttində görünən boşluqları doldurmağın yolunu tapmalıdı. Düzdü, David Hrka və Andrey Kotnikdən böyük gözləntilər var. Ancaq onların Bakıdakı performansının təsadüfi olub-olmadığına əmin deyilik. Bunun üçün Selyedeki oyunu gözləməliyik”.
Xatırladaq ki, “Selye” – “Sabah” matçı bu gün saat 22.00-da başlayacaq.
KƏNAN BAHADIR
Избранный
37
football-plus.az

1Источники