RU

İlk Çin-Qırğızıstan-Özbəkistan multimodal yük qatarı Hubeydən yola düşüb

Yazını böyüt
Yazını kiçilt

İlk Çin-Qırğızıstan-Özbəkistan multimodal beynəlxalq yük qatarı dünən Hubey əyalətinin (Mərkəzi Çin) Vuhan şəhərindəki Vujiaşan stansiyasından yola çıxıb.

Hafta.az-ın yazdığına görə, ərzaq qabları və digər mallarla yüklənmiş 75179 nömrəli bu qatarın Sincan-Uyğur Muxtar Rayonunun Kaşqar şəhərinə çatması, burada konteynerlərin yük maşınlarına yüklənərək İrkeştan keçid məntəqəsi vasitəsilə Çindən çıxması, daha sonra isə Özbəkistanın paytaxtı Daşkəndə çatdırılması gözlənilir.

Son illər Hubey əyaləti ilə Mərkəzi Asiya ölkələri arasında ticarət getdikcə artmaqdadır. 2021-ci ildə Çin Dəmir Yolu Korporasiyasının Vuhan filialı ilk dəfə Vuhan-Almatı yük qatarını işə saldı. Bu ilin aprel ayında Vuhandan Mərkəzi Asiyaya yük qatarları aylıq 440-a qədər standart konteyner /TEU, iyirmi fut ekvivalent vahid/ və 7500 tondan çox yük daşıma qabiliyyətini təmin edən müntəzəm marşrutlara daxil edilib.

Beynəlxalq nəqliyyat və logistika şirkəti Hubei Railway Corporation-ın rəsmisi Zhanq Linin sözlərinə görə, yeni logistika sxemi sayəsində Hubey əyalətinin məhsulları Mərkəzi Asiya ölkələrindəki müştərilərə daha tez çata biləcək. Yeni logistika sxemi daşıma və sığorta xərclərini 30 faiz azaldacaq, daşınma müddətini təxminən 20 gündən 10 günə qədər düşürəcək. Çin Dəmir Yolunun Vuhan filialından bildirilib ki, yeni yük marşrutunun işə salınması, daşıma prosedurlarını optimallaşdırmaq, logistik şəbəkəni genişləndirmək və yüksək səmərəli beynəlxalq logistika dəhlizlərini qurmaq üçün maraqlı tərəflərlə birgə işləmək üçün bir fürsət olacaq.

Избранный
52
2
hafta.az

4Источники