RU

Heç bir hərbi səbəb kilsəyə hücumu əsaslandıra bilməz - Meloni

BAKI, TurkicWorld

İsrailin Qəzzada kilsəyə hücumu qəbuledilməzdir.

TurkicWorld xəbər verir ki, İtaliyanın Baş naziri Corciya Meloni İsrailin Qəzzada yerləşən Müqəddəs Ailə Kilsəsinə zərbə endirməsini kəskin şəkildə tənqid edib.

Meloni jurnalistlərə açıqlamasında bildirib ki, İsrailin aylardır mülki ərazilərə yönəltdiyi hücumlar beynəlxalq humanitar hüququ pozur. “İsrailin Qəzzaya hücumları Müqəddəs Ailə Kilsəsini də hədəfə alıb. Heç bir hərbi əməliyyat bu cür davranışa haqq qazandıra bilməz. Bu hücumlar qəbuledilməzdir”- deyə o bildirib.

Qeyd edək ki, İtaliya mətbuatı da hökumətin bu mövqeyini dəstəkləyərək İsrailin kilsəyə zərbə endirməsini sərt şəkildə pisləyib.

Избранный
54
turkic.world

1Источники