“Paşinyanın son repressiyaları Türkiyə və Azərbaycanla əldə olunan yeni razılaşmalarla şərtlənir”.
Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi Ermənistan Daşnaksütun Partiyasının sədri İşxan Saqatelyandır.
O qeyd edib ki, İrəvan Bakıya dəhliz verməyə razılaşıb. “Bu gün Paşinyan faktiki olaraq təsdiqlədi ki, o, Zəngəzur vasitəsilə Azərbaycana dəhliz verməyə razıdır”.
Saqatelyan hesab edir ki, Ermənistanın əsl müttəfiqləri indi Azərbaycanın Qarabağ üzərində nəzarətinin tam təsirini bilavasitə öz üzərlərində hiss edirlər. “Regiondankənar qüvvələrin Zəngəzura daxil olması bu vəziyyəti daha da pisləşdirəcək”.
Daşnakların lideri daha sonra aparacaqları “mübarizə”nin istiqamətini də göstərib. “Biz Ermənistanı türk vilayətinə çevirmək planının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”.
Fərda Uğur