“İnter” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, Milan təmsilçisi “Atalanta”dan Ademola Lukmanla razılaşıb. Bu barədə Canluka Di Marzio məlumat yayıb.
Lukmanla razılığa gələn “İnter” “Atalanta” ilə danışıqları davam etdirir. “Neradzurra” nigeriyalı hücumçu üçün 40 milyon avro ödəməyə hazırdır.
26 yaşlı futbolçu ötən mövsüm 40 oyunda 20 qol vurub.