RU

İraqda 5 gün əvvəl açılan hipermarketdə güclü yanğın - 63 ölü - Video

İraqın Vasit əyalətinin Kut şəhərində hipermarketdə güclü yanğın baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 50 nəfər ölüb, yaralananların sayı isə bəlli deyil.

Yanğın hipermarketin birinci mərtəbəsində başlayıb, daha sonra isə 5-ci mərtəbəyə qədər yayılıb.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma başladılıb, nəticələri 48 saat ərzində açıqlanacaq.

Bildirilib ki, yanğın baş verən hipermarket 5 gün əvvəl açılıb.

Qeyd edək ki, hadisə ilə bağlı ölkədə üçgünlük matəm elan olunub.

***

Yanğın nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.

Bildirilib ki, həlak olanların arasında uşaqlar da var.

Избранный
56
1
qafqazinfo.az

2Источники