RU

3×3 Qadın basketbolu: Sumqayıt mərhələsinin iştirakçıları bəllidir

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Sumqayıt mərhələsinin iştirakçıları müəyyənləşib.

Bakues.az xəbər verir ki, 26–27 iyul tarixlərində Sumqayıtda 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi keçiriləcək. Yarışda 12 milli və 4 klub olmaqla, ümumilikdə 16 komanda iştirak edəcək.

Milli komandalar sırasında Azərbaycanla yanaşı, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya və Latviya da yer alır. Klubları isə “Karolina” (Puerto Riko), “Pekin” (Çin), “Takasaki” (Yaponiya) və “CS Rapid” (Rumıniya) təmsil edir.

Qarşılaşmalar Sumqayıt şəhərinin dənizkənarı bulvarında keçiriləcək.

Избранный
66
1
icma.az

8Источники