“Real” futbolçusu Yussef Enrikesi satıb.
Futbolpress.az xəbər verir ki, müdafiəçi bundan sonra karyerasına “Alaves”də davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
La Liqa təmsilçisi sol cinah oyunçusu üçün “Real”a 3 milyon avro ödəyib.
Enrikes ötən mövsüm “Real”ın B komandasında çıxış edib. O, 35 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.