BAKI, 17 iyul. TELEQRAF
Azərbaycanın ticarət dövriyyəsi üzrə ilk beşlikdə olan ölkələr açıqlanıb.
Teleqraf Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ölkənin ticarət dövriyyəsinin 25.58%-i İtaliya ilə aparılmış 6 milyard 241 milyon 867.61 min ABŞ dollarlıq ticarət əməliyyatlarının payına düşüb.
Türkiyə 2 milyard 902 milyon 301.58 min dollar və 11.89%-lik pay ilə ikinci sırada qərarlaşıb.
Rusiya ilə aparılmış ticarət əməliyyatları 2 milyard 520 milyon 214.27 min dollar dəyərində olub. Rusiya ilə ticarət ümumi dövriyyənin 10.33%-ni təşkil edib.
Çin 2 milyard 88 milyon 982.71 min dollar və ya 8.56%-lik pay ilə Azərbaycanın ümumi ticarət dövriyyəsində dördüncü, Almaniya isə 767 milyon 243.19 min dollar və ya 3.14%-lik pay ilə beşinci ölkə olub.