RU

Müharibəyə hazırıq - Suriya prezidenti İsrailin Dəməşqə hücumlarına cavab verib

Əhməd Əş-Şəraa: Druz azlığını xarici güclərin təsirinə düşməsinə imkan verməyəcəyik, Suriya xalqı müharibədən qorxmur…

Suriya rəhbərliyi druz azlığının xarici qüvvələrin təsir dairəsinə düşməsinə imkan verməyəcək və Suriya xalqı müharibədən çəkinmir.

Poliqon xəbər verir ki, u sözləri ölkənin müvəqqəti prezidenti Əhməd Əş-Şəraa İsrailin Dəməşqə güclü hava zərbələri endirməsindən sonra etdiyi ilk televiziya müraciətində deyib. Məlumatı Reuters Agentliyi yayıb.

Əş-Şəraa çıxışında Suriyanın əsas prioritetinin druz vətəndaşlarının və onların hüquqlarının müdafiəsi olduğunu vurğulayıb. O, druz icmasına müraciət edərək bildirib:

“Biz müharibədən qorxmuruq, lakin xalqımızın maraqlarını dağıntılardan üstün tuturuq. Sizin (druzların) hüquqlarınızın müdafiəsi bizim prioritetimizdir və sizi xarici güclərin əlində alətə çevirmək cəhdlərini rədd edirik”.

Suriyanın müvəqqəti prezidenti əlavə edib ki, ölkəsi “müharibədən qorxanlardan deyil”.

Suriya xalqı müharibədən qorxmur və ləyaqətinə təhdid olarsa, döyüşməyə hazırdır”, deyə prezident vurğulayıb.

Qeyd edək ki, druzlar İsrail, Suriya və Livanda yaşayan, sayları təxminən 1 milyon nəfər olan ərəb dini azlığıdır. Suriyanın cənubunda yerləşən Əs-Süveyda vilayətində yaşayan druzlar son on il ərzində davam edən vətəndaş müharibəsində dəfələrlə həm hökumət qüvvələrinin, həm də radikal qruplaşmaların atəşi altına düşüblər. Hzzırda isə İsrail druzlardan yeni Suriya hökümətinə qarşı istifadə edir.

Poliqon.info

Избранный
47
poliqon.info

1Источники