RU

İsraildə daha bir ortodoks partiyası hökumətdən çıxdığını elan edib

"ŞAS" partiyası hərbi xidmətlə bağlı narazılığa görə Nazirlər Kabinetini tərk edir, lakin parlamentdə fəaliyyətini davam etdirəcək…

İsraildə sefarad ortodoks yəhudilərinin maraqlarını təmsil edən “ŞAS” partiyası hərbi xidmətə dair mübahisələr fonunda hökumətdən çıxmaq qərarına gəlib. Partiyanın nazirləri səlahiyyətlərini buraxaraq Nazirlər Kabinetindən gedəcəklər.

Poliqon xəbər verir ki, bu barədə məlumatı “Kan” dövlət televiziyası yayıb. Bildirilib ki, “ŞAS” partiyasının Knessetdə (İsrail parlamentində) 120 yerdən 11 mandatı olan fraksiyası qanunverici orqandakı və komitələrdəki fəaliyyətini davam etdirəcək. Deputatlar hökumət koalisiyasını dağıtmağa çalışmayacaq və hələlik etimadsızlıq səsvermələrinə dəstək verməyəcəklər. Qərar partiyanın "Tövrat müdrikləri şurası" tərəfindən 16 iyul tarixində qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl – 14 iyulda Aşkenaz ortodoks yəhudiliyini təmsil edən iki digər ultra-dindar partiya – “Deqel ha-Tora” (“Toranın Bayrağı”) və “Agudat İsrael” (“İsrailin İttifaqı”) da koalisiyanı tərk etdiklərini bəyan etmişdi. Bu iki partiya birlikdə “Yahadut ha-Tora” (“Toranın Birləşmiş Yəhudiliyi”) blokunu təşkil edir və ümumilikdə 7 deputatla Knessetdə təmsil olunurlar.

Ortadoks fraksiyalarının bu addımı atmasına səbəb, koalisiya tərəfdaşlarının onlara vəd etdiyi, yeşiva (yəhudi dini məktəbi) tələbələrinin məcburi hərbi xidmətdən azad olunmasını qanunvericiliklə təsbit edəcək qanun layihəsinin qəbulunda gecikmələrdir. İndiyə qədər gənc ortodokslar əsgərliyə çağırışdan faktiki olaraq azad edilirdilər. Onların partiyaları bu hüququ rəsmiləşdirmək istəyir. Lakin İsraildə davam edən hərbi əməliyyatlar fonunda cəmiyyətin dünyəvi hissəsi ortodoksların da orduya çağırılmasının vacib olduğunu bildirir.

Poliqon.info

Избранный
142
8
poliqon.info

10Источники