“Neftçi” yeni mövsüm üçün ev formasını təqdim edib.
Futbolpress.az xəbər verir ki, 2025/26 mövsümünün ev forması klubun zəngin tarixindən ilhamlanan retro dizayn nümunəsidir. Formanın üzərində 2026-cı ilin fevralında 80 illik yubileyini qeyd edəcəyimiz klub əfsanəsi Anatoli Banişevskinin “İdeal futbolçu silueti” adlanan xüsusi təsviri yer alır.
Köynəklər Banişevskinin də həlledici rollardan birini oynadığı 1966-cı il mövsümündəki formanın əsasında “Kappa” tərəfindən “Neftçi” üçün eksklüziv hazırlanıb. Formanın arxa boyun hissəsinə işlənmiş xüsusi detal – 8 və 0 rəqəmlərinin incə birləşməsi həm 80 illik yubileyi, həm də əbədiyyəti simvolizə edir. Bu, şanlı keçmişimizə ehtiramın rəmzi olmaqla yanaşı, Banişevskinin “Neftçi” tarixindəki əhəmiyyətini bir daha xatırladır.