ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailə Suriyaya qarşı hava hücumlarını dayandırmağı və gərginliyi azaltmaq məqsədi ilə Dəməşq hökuməti ilə dialoqa başlamağa çağırış edib.Bu barədə ABŞ rəsmilərinə istinadən “Axios” məlumat verib .
Məlumata görə, iyulun 16-da Tramp administrasiyası İsrailə iki gündən artıq davam edən zərbələri dayandırmağı və qarşıdurmanı dinc yolla həll etmək üçün danışıqlara cəlb olunmağı tövsiyə edib .
Eyni zamanda ABŞ Dövlət katibi Marko Rubio ABŞ-ın İsrailin Suriyaya hücumlarından ciddi şəkildə narahat olduğunu və bütün tərəflə danışıqlara hazır olduqlarını vurğulayıb.