İyulun 25-dən 27-dək Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək. 

Offsideplus.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmiz bu yarışda kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədovun başçılığı altında 2 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq.

Bunlar Balabəy Ağayev, Turan İbrahimov (hər ikisi 60 kq) və Elşən Əsədovdur (66 kq).

Üç gün davam edəcək turnirə 29 ölkədən 248 idmançı (148 kişi, 100 qadın) qatılacaq.

Böyük Dəbilqədə Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.