Conson onların mübahisəsindən sonra iş adamı ilə əlaqə saxlamağa çalışdığını və ABŞ prezidentinin də“bunun əleyhinə olmadığını” bildirib.
“Mən İlona uzun mesaj göndərdim və sonra onun telefon nömrəsi dəyişdi. Anladım ki, bu mesajı harasa göndərmişəm və Mask onu heç oxumayıb da”,- Nümayəndələr Palatasının spikeri vurğulayıb.
Bununla belə, o, hər halda üçüncü şəxs vasitəsilə Maskla əlaqə saxlamağa nail olduğunu söyləyib.
![]() |
Trampla Mask yenə toqquşdular| VİDEO |
Xatırladaq ki, Trampla Mask arasında ictimai mübahisə iyunun 5-də baş verib. Sahibkar vətəndaşlar üçün vergi güzəştləri haqqında qanun layihəsini tənqid edib. Bunun cavabında Tramp büdcə vəsaitlərinə qənaət etmək üçün milyarderin layihələri üçün subsidiyaların və müqavilələrin ayrılmasını dayandırmağı təklifini verib.
Sabiq dostlar arasında mübahisə sonradan “X” sosial şəbəkəsinə keçib. İlon Maskın iddiasına görə, onun dəstəyi olmasaydı Trampın ABŞ prezident seçkilərində qalib gələ bilməyəcəkdi.
Bununla kifayətlənməyən milyarder iyulun 5-də“Amerika Partiyası (The America Party)” adlı partiya yaratdığını elan etdib. Maskın sözlərinə görə, onun partiyası ölkənin iflası, israfçılıq və rüşvətxorluqla mübarizə aparacağını və “amerikalılara azadlığı qaytaracağını” söyləyib.
Sahil İsgəndərov
AzVision.az