"Melissa Park"a gedən yolun bağlanması ilə bağlı sosial şəbəkə platformalarında görüntülər yayılıb...
Oxu.Az xəbər verir ki, yayılan kadrlarda vətəndaşlar yollarının kəsilməsindən narazılıqlarını ifadə ediblər.
Məsələ ilə bağlı yayılan məlumatlarda bildirilib ki, kompleksə giriş-çıxışda məhdudiyyət yaranıb. Hadisə yerində çəkilən videoda "Melissa Park"ın nümayəndəsi kimi təqdim edən şəxs isə qapının 24 saat açıq qalacağını bildirib.
"Melissa Group" şirkətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı rəsmi şəkildə hansısa vətəndaş şikayəti daxil olmayıb, məsələ araşdırılacaq.
Poliqon.info