RU

Ağdamda sakinlər 10 gündür SUSUZDUR

Yazını böyüt
Yazını kiçilt

Ağdam rayonunun Zəngişalı kəndində 12 gündür içməli suyun verilməsində fasilə yaranıb. Yay fəslinin ən qızmar günlərində yaranan bu vəziyyət sakinlərin ciddi narazılığına səbəb olub.

Hafta.az xəbər verir ki, sakinlər problemin səbəbi kimi yerli idarələr arasında koordinasiya çatışmazlığını, sayğacların qısaqapanma nəticəsində qəsdən sıradan çıxarılmasını göstəriblər. Qeyd ediblər ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.

Məsələ ilə bağlı Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev açıqlamasında deyib ki, subarteazian quyuları və elektrik şəbəkəsinin idarə edilməsində anlaşılmazlıq yaranıb:

"Bu məsələ ilə bağlı bütün tərəflər bir araya gəlib, komissiya yaradılıb. Qeyd edilən məqamlar aydınlaşdırılıb. Bu günə qədər 18 quyudan 14-ü yenidən işə salınıb. Qalanlarının bərpası üçün işlər gedir. Hazırda məsələ rayon rəhbərliyinin birbaşa nəzarətindədir".

Sayğacların bilərəkdən yandırılmasına gəlincə, A.Əliyev bildirib ki, məsələ araşdırılacaq və buna səbəb olan şəxslərin cəzalandırılması istiqamətində müvafiq işlər görüləcək. Vurğulayıb ki, Zəngişalı kəndinə içməli suyun verilməsi bu gün tam bərpa olunacaq.

Xatırladaq ki, A.Əliyev 12 iyulda verdiyi açıqlamada problemin 14 iyul tarixinə qədər həll ediləcəyini bildirmişdi. /oxu.az/

Избранный
29
hafta.az

1Источники