RU

Karlos Keyroş Oman millisində

Portuqaliyalı futbol mütəxəssisi Karlos Keyroş Oman milli komandasının baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Oman Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

72 yaşlı mütəxəssislə 1 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Keyroş Oman millisində yerli mütəxəssis Rəşid Cabiri əvəzləyib.

Qeyd edək ki, hazırda Oman millisi dünya futbol reytinqində 79-cu yerdədir.

Karlos Keyroşun sonuncu iş yeri Qətər millisi olub. O, 2023-cü ilin fevralından rəhbərlik etdiyi bu komandanı elə həmin ilin dekabrında tərk edəndən bəri işsiz idi.

Keyroş daha öncə Misir, Kolumbiya, Portuqaliya, CAR və İran yığmalarına da rəhbərlik edib. O, Portuqaliyanın “Sportinq”, İspaniyanın “Real” (Madrid) klublarının da baş məşqçisi kimi çalışıb.

Избранный
44
arena.az

1Источники