Macarıstanlı astronavt Tibor Kapu, Axiom-4 komandası ilə birlikdə Beynəlxalq Kosmik Stansiyadakı 14 günlük missiyasını iyulun 15-də başa vurub.
Hafta.az-ın yazdığına görə, Macarıstan bu missiya ilə 1980-ci ildə Salyut-6 kosmik stansiyasını ziyarət edən ilk astronavtı olan Bertalan Farkasın ardınca ikinci astronavtı olan Kapunu kosmosa göndərib.
Kapunun kosmosa uçuşu Macarıstan dövlətinin HUNOR proqramı (Macardan Orbitə) tərəfindən ABŞ-ın Axiom Space kosmik şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. Missiyanın toplam 60 elmi təcrübəsindən 25-i macar tədqiqatçılar, universitet və şirkətlər tərəfindən reallaşdırılıb. Kapu, həmçinin uşaqlar arasında elmin təbliğ etməklə də məşğul olub. O, tələbələrlə canlı yayımlar təşkil edib, hətta xüsusilə gənclərə ilham verən kosmosla bağlı dərslər də keçib.