RU

Qvardiola 6 futbolçunun "Mançester Siti"dən getməsini istəyir - ADLAR

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola 6 oyunçunun komandanı tərk etməsini istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.

Məlumata görə, bunlar Con Stounz, Niko Rayli, Mateo Kovaçiç, İlkay Gündoğan, Klaudio Eçeverri və Oskar Bobbdur. Mənbə Qvardiolanın sözügedən futbolçuların icarəyə verilməsini və ya satılmasını uyğun saydığını vurğulayıb. Ötən mövsümü zədə səbəbindən boşa verən hücumçu Bobbun durumu digərlərindən bir qədər fərqlidir. Belə ki, ispaniyalı mütəxəssisin forvardın yeni mövsümöncəsi hazırlıq dönəmindəki performansını bəyəndiyi və onunla bağlı fikrini dəyişə biləcəyi açıqlanıb.

Nihat

Избранный
87
fanat.az

1Источники