Dövlət İmtahan Mərkəzi (DİM) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Açıq Data” (Open Data) layihəsi çərçivəsində ilin sonuna qədər 22 məlumat toplusunu ictimaiyyətə təqdim etməyi planlaşdırırıq.
Operativ Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, artıq 13 məlumat açıq şəkildə təqdim olunub: “İlin sonuna qədər 22 bənddən ibarət siyahı tam şəkildə ictimaiyyətin istifadəsinə veriləcək. Saytımızda hər zaman statistik təhlillər yerləşdirilir və elmi-statistik nəticələr də orada təqdim olunur. 2025-ci il üçün də bu təhlillər hazırlanaraq yerləşdiriləcək”.