RU

Tramp Qətər Baş naziri ilə Qəzzada atəşkəsi müzakirə edəcək

ABŞ Prezidenti radikal HƏMAS qruplaşmasının saxladığı israilli girovların azad olunması və İranla nüvə razılaşmasının mümkün bərpası məsələlərinə də toxunacaq….

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşəcək və onunla Qəzza zolağında atəşkəsin əldə olunması və radikal Fələstin təşkilatı HƏMAS tərəfindən saxlanılan israilli girovların azad olunması üzrə danışıqların gedişini müzakirə edəcək.

Poliqon xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid mənbəyə istinadla məlumat yayıb.

Bundan əvvəl, bazar ertəsi günü Tramp Qətər Əmiri şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb. Mənbənin məlumatına görə, Tramp və Qətərin Baş naziri həmçinin Tehranla yeni nüvə sazişinin əldə olunması məqsədilə ABŞ-la İran arasında birbaşa danışıqların bərpası imkanlarını da müzakirə edəcəklər.

Qətər İsraillə HƏMAS arasında dialoqun əsas vasitəçilərindən biridir. İyulun 6-da hər iki tərəf Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə Dohada danışıqlar prosesini bərpa edib. Məqsəd – Qəzzada atəşkəsə nail olmaq və israilli girovların azad edilməsidir. Qətərin Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, danışıqlar hələ ilkin mərhələdədir. Vasitəçilər HƏMAS və İsraillə ayrı-ayrılıqda işləyərək, növbəti mərhələyə keçidi mümkün edən çərçivə razılaşmasının hazırlanmasına çalışırlar.

Poliqon.info

Избранный
62
poliqon.info

1Источники