RU

Yekaterinburq məhkəməsi Azərbaycanəsilli altı nəfərin həbs müddətini uzadıb

Yekaterinburqun Verx-İsetski rayon məhkəməsi ötən illərdə törədilmiş qətldə ittiham olunan Azərbaycan əsilli şəxslərin - Səfərov qardaşları (5 nəfər) və Əhliman Gənciyevin istintaq təcridxanasında həbs müddətini uzadıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məhkəmələrin birləşmiş mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Materialları nəzərdən keçirən məhkəmə müstəntiqin vəsatətlərini təmin edib və təqsirləndirilən şəxslərin həbs müddətini 19 oktyabr 2025-ci il tarixinədək uzadıb", - məlumatda bildirilib.

Избранный
88
4
report.az

5Источники