RU

"Qarabağ"ın rəqibi müəyyənləşir

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri – “Linfild” (Şimali İrlandiya) və “Şelburn” (İrlandiya) bu gün Belfastda qarşılaşacaqlar.

Operativ Media xəbər verir ki, Böyük Britaniya təmsilçiləri I təsnifat mərhələsində cavab matçlarını keçirəcəklər.

Qarşılaşma Şimali İrlandiyanın paytaxtı Belfastdakı “Windsor Park” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Komandalar arasında ilk görüş “Şelburn”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.

Избранный
113
2
operativmedia.az

10Источники