Dağıstanda MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib. Bu barədə görüntüləri "Maş" "Teleqram" kanalı yayıb. Mahaçqala şəhərində iki silahlı şəxs rusiyalı idmançıya hücum edib. Hücum anı həyət kameralarına düşüb. Kadrlarda iki naməlum şəxsin arxadan idmançıya tərəf qaçaraq atəş açması əks olunub. Hücum edənlər daha sonra ağ rəngli "LADA Priora"da qaçıblar. İlkin məlumata görə, T.Xizriyev çiyin, bilək və döş qəfəsindən beşə yaxın yara alıb.
Mətləb