Gənc cüdoçularımız Nabranda təlim-məşq düşərgəsində iştirak edir.
Apasport.az xəbər verir ki, baş məşqçi Rüstəm Alimli və məşqçi Elxan Rəcəblinin rəhbərlik etdiyi toplanışda əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəlib.
Hazırlığın növbəti mərhələsi avqustun 11-dən 23-dək Qubada keçiriləcək.
Təlim-məşq toplanışı gənclər arasında keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Qitə birinciliyi 4-7 sentyabr tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.
Bakıda beynəlxalq təlim-məşq toplanışı başlayıb
Millimiz beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb
ACF daha 24 klub və idman təşkilatına beş illik lisenziya təqdim edib
Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb
Kəmər dərəcələri üzrə imtahan keçirilib