RU

Goranboyda kütləvi dava - Üç nəfər xəsarət aldı

Goranboy rayonunda kütləvi dava baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Veyisli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakinləri Elşad Abuzərov, Turac Zeynalov və Elbəyi Mustafayev bir-birlərinə müxtəlif alətlərlə xəsarət yetiriblər.

Həmin şəxslər xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma başlanılıb.


Избранный
83
11
news24.az

10Источники