Goranboy rayonunda kütləvi dava baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Veyisli kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakinləri Elşad Abuzərov, Turac Zeynalov və Elbəyi Mustafayev bir-birlərinə müxtəlif alətlərlə xəsarət yetiriblər.
Həmin şəxslər xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma başlanılıb.