Niderlandlı keçmiş futbolçu Uesli Sneyderin oğlu Jessi Sneyder “Utrext”lə müqavilə imzalayıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bu, Jessinin ilk peşəkar sözləşməsidir. Müqavilənin müddəti 3 illikdir.
18 yaşlı futbolçu yarımmüdafiəçi mövqeyində oynayır.
Uesli Sneyder karyerası ərzində “Ayaks”, “İnter”, “Real”, “Qalatasaray” kimi klublarda forma geyinib.