İngiltərənin "Lester" klubu yeni baş məşqçisinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, vakant post ispaniyalı mütəxəssis Marti Sifuentesə etibar olunub.
O, niderlandlı sabiq hücumçu Ruud van Nistelroyu əvəz edəcək. Marti ilə 3 illik müqavilə imzalanıb. 43 yaşlı Sifuentes sonuncu dəfə Londonun QPR klubuna rəhbərlik edib. Bundan əvvəl o, İsveçin “Hammarbü”, Norveçin “Sanderfyord” və digər klublarını çalışdırıb.
Xatırladaq ki, “Lester” İngiltərə çempionatında ötən mövsümün sonunda turnir cədvəlini 18-ci pillədə başa vuraraq, Premyer Liqadan aşağı liqaya düşüb. Həmçinin mövsümün sonunda komandanın əfsanəvi hücumçusu Ceymi Vardi klubu tərk edib.