RU

Məşhur türkiyəli aktyor vəfat etdi

BAKI. 16 iyul. TELEQRAF

Məşhur türkiyəli aktyor Emre Törün 52 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, aktyor uzun müddət mədəaltı vəzi xərçəngindən əziyyət çəkib.

Emre Törün 1996-cı ildə "Kara Melek" serialı ilə ekran karyerasına başlayıb və dörd mövsüm bu layihədə yer alıb.

Karyerası boyunca bir çox önəmli layihədə rol alan Törün, xüsusilə "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialındakı kəşfiyyatçı Nevzat Çankırılı və "Hudutsuz Sevda" serialındakı Şeref obrazı ilə geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb.

Aktyor 1972-ci ildə İstanbulda anadan olub.

Избранный
54
teleqraf.com

1Источники