RU

Zamiq Çempionlar Liqası ilə vidalaşdı

"Eqnatiya"nin formasını geyən Zamiq Əliyev Çempionlar Liqası ilə vidalaşıb.

"Football-plus.az" xəbər verir ki, onun çıxış etdiyi Albaniya çempionu turnirin 1-ci mərhələsində iki oyunun nəticəsinə görə "Breydablik"ə uduzub.

Bir həftə öz meydanında 1:0 hesabı ilə qalib gələn "Eqnatiya" İslandiyada ağır zərbə alıb. Zamiqin komandası 0:5 hesabı ilə məğlub olub. Start heyətində yer alan Əliyev buraxılan 4 qoldan sonra 43-cü dəqiqədə əvəzlənib.

Xatırladaq ki, Albaniya çempionu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Dinamo-Minsk" (Belarus) cütünün məğlubuyla qarşılaşacaq.

Избранный
60
2
football-plus.az

3Источники