Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 12 qarşılaşma baş tutub.
Qazaxıstan təmsilçisi “Kayrat” iki oyunun nəticəsinə görə Sloveniya çempionu “Olimpiya”nı mübarizədən kənarlaşdırıb.
Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi Albaniya çempionu “Eqnatiya” isə Çempionlar Liqasında mübarizəni dayandırıb. Sözügedən komanda ilk oyunda 1:0 hesabıyla məğlub etdiyi “Breydablik”ə İslandiyada 5 cavabsız qolla uduzub. Zamiq bu oyunun 43-cü dəqiqəsində, hesab 0:4 olarkən buraxılıb.
Günün ən sürpriz nəticəsi Andorrada qeydə alıb. Ölkə çempionu “İnter” Rumıniya təmsilçisi “Styaua”nı 2:1 hesabı ilə məğlub edib. Buna baxmayaraq, rumınlar bir top fərqi ilə mərhələnin qalibi olublar.
UEFA Çempionlar Liqasında ilk təsnifat mərhələsinin qalan 2 oyunu iyulun 16-da keçiriləcək. Həmin gün Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibləri – “Linfild”lə (Şimali İrlandiya) “Şelburn” (İrlandiya) də üz-üzə gələcəklər.
UEFA Çempionlar Liqası
Birinci təsnifat mərhələsinin cavab oyunları
15 iyul
Kayrat (Qazaxıstan) – Olimpiya (Sloveniya) 2:0
İlk oyun: 1:1
Linkoln (Cəbəllütariq) – Vikinqur (Farer adaları) 1:0
İlk oyun: 3:2
Hamrun (Malta) – Jalgiris (Litva) 2:0 (penaltilər – 11:10)
İlk oyun: 0:2
Malmö (İsveç) – İberiya (Gürcüstan) 3:1
İlk oyun: 3:1
Milsami (Moldova) – KuPS (Finlandiya) 0:0
İlk oyun: 0:1
RFS (Latviya) – Levadiya (Estoniya) 1:0
İlk oyun: 1:0
Differdanj (Lüksemburq) – Drita (Kosovo) 2:3
İlk oyun: 0:1
Şkendiya (Şimali Makedoniya) – TNS (Uels) 2:1
İlk oyun: 0:0
İnter (Andorra) – Styaua (Rumıniya) 2:1
İlk oyun: 1:3
Breydablik (İslandiya) – Eqnatiya (Albaniya) 5:0
İlk oyun: 0:1
Buduçnost (Monteneqro) – Noa (Ermənistan) 2:2
İlk oyun: 0:1
Zrinski (Bosniya və Herseqovina) – Virtus (San Marino) 2:1
İlk oyun: 2:0