RU

Ruslar Xarkova 14 dəqiqə ərzində 16 zərbə endirdi

Rusiya qüvvələri Xarkova dronlarla hücum edib. 14 dəqiqə ərzində ruslar şəhərə 16 zərbə endirib.

Axar.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terekov məlumat verib.

Onun sözlərinə görə, Xarkovun Kiyev rayonu rusların hücumuna məruz qalıb:

"Şəhərə "Şahid" PUA-larının gecə hücumu 14 dəqiqə davam edib. Bu müddət ərzində düşmən Xarkov şəhərinin Kiyev rayonuna 16 dəfə zərbə endirib. Həmçinin, ilkin məlumata görə, Ukrayna Müdafiə Qüvvələri tərəfindən düşmənin bir neçə PUA-sı vurulub".

Bundan əvvəl Terekhov bildirib ki, düşmən Xarkovda mülki müəssisəyə hücum edib. Hadisə yerində yanğın baş verib.

Избранный
45
12
axar.az

10Источники