RU

Polşa XİN rəhbəri: Ukrayna üçün silahların pulunu Avropa ölkələri yox, Rusiya ödəməlidir

BAKI. 16 iyul. TELEQRAF

Ukrayna üçün ABŞ silahlarının pulunu Avropa ölkələri yox, Rusiya ödəməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin XİN rəhbərlərinin görüşündən sonra bəyan edib.

"Mən həmkarlarımdan soruşdum ki, bu silahların pulunu kim ödəməlidir? Bunu ya Avropanın vergi ödəyiciləri ödəməlidir, ya da yaxşı olardı ki, pul Rusiyanın dondurulmuş vəsaitlərindən ödənilsin", - Sikorski bildirib.

O, ABŞ Prezidenti Donald Trampın Aİ ölkələri ilə eyni fikrə gəlməsindən məmnun olduğunu söyləyib.

“Sülhü istəməyən məhz Putindir. Ukrayna tərəfi qeyd-şərtsiz atəşkəsə razıdır, Putinin başa düşdüyü yeganə dil isə təzyiq dilidir”, - Polşa XİN başçısı qeyd edib.

Избранный
85
15
teleqraf.com

10Источники