Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, bunu üsyançıların formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria deyib.
Üsyançılara məxsus “Al Masirah” televiziya kanalının efirində çıxış edən Saria bildirib ki, hücum 3 ədəd pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilib. PUA-lardan ikisi Negev bölgəsində yerləşən hərbi hədəfə, üçüncüsü isə Eylat limanına zərbə endirib.