RU

“Qarabağ” “Zalsburq”a məğlub oldu

Təlim-məşq toplanışını Avstriyada davam etdirən Azərbaycan çempionu “Qarabağ” bu gün sonuncu – 4-cü yoxlama matçına çıxıb.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu “Zalsburq”la üz-üzə gəlib.

Kaprun stadionunda təşkil olunmuş qarşılaşmada hesabı Avstriya təmsilçisi açıb. Amma ağdamlılar elə ilk hissədə buraxılmış qolun əvəzini çıxa biliblər. Azərbaycan çempionunun heyətində Nəriman Axundzadə fərqlənib. İkinci hissədə daha bir qol vurmuş “Zalsburq” yekunda qələbə qazanıb – 2:1.

Qurban Qurbanov bu oyunda aşağıdakı heyətə güvənib:

Əsas heyət: 97. Fabiyan Buntiç, 18. Dani Bolt, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 27. Toral Bayramov, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 11. Emmanuel Addai, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı.

Xatırladaq ki, “Qarabağ” Avstriyadakı ilk sınaq matçında Ukraynanın “Metallist 1925” (Xarkov) komandasına uduzmuşdu – 4:5. Ağdamlılar daha sonra “Tvente” (Niderland) ilə keçirdikləri iki oyunun birində 3:2 hesablı qələbə qazanmışdılar, digərində 1:2 hesablı məğlubiyyətlə üzləşmişdilər. Qurbanovun komandası Bakıda keçirdiyi yoxlama matçında isə “Zirə”yə 4:0 hesabı ilə qalib gəlmişdi.

Yeni mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq. Komanda yeni mövsümün hazırlığına iyunun 18-də Bakıda start vermişdi.

Ağdam klubu ÇL-in 2-ci təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Избранный
37
arena.az

1Источники