RU

Ukraynanın Tomahawk raketlərini buraxmaq üçün müxtəlif variantları var – ekspert

ABŞ-ın Ukraynaya verə biləcəyi Tomahawk qanadlı raketlərini buraxmaq üçün Ukraynanın Hərbi Hava Qüvvələrinin mövcud təyyarələrindən bəziləri istifadə oluna bilər. Bu barədə aviasiya eksperti Valeriy Romanenko “Teleqraf”a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, raketin çəkisini və texniki xüsusiyyətlərini nəzərə alaraq F-16 qırıcıları belə buraxılışlar üçün uyğun hesab olunur. Həmçinin, Su-24 bombardmançı təyyarəsi də bu məqsədlə istifadə oluna bilər.

“Su-24 təyyarəsinin yükqaldırma qabiliyyəti Tomahawk tipli raketləri daşımağa imkan verir. Bu raketlərin maksimum çəkisi təxminən 1500 kiloqram təşkil edir və təyyarənin əsas asqı nöqtəsi belə yükə tab gətirə bilir”, – deyə Romanenko izah edib.

Ekspert həmçinin qeyd edib ki, ABŞ-ın Ukraynaya bu cür uzaqmənzilli raketlər verməsi Rusiya ərazisindəki hərbi hədəflərə dəqiq zərbələr endirmək baxımından mühüm üstünlük yarada bilər.

//Samir Qurbanov, Editor.az

Избранный
99
48
editor.az

10Источники