RU

Rauf Rüstəmli “Sumqayıt”da

Futbol üzrə Azərbaycan millisinin və “Sabah”ın mərkəz yarımmüdafiəçisi Rauf Rüstəmli bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Sumqayıt”ın rəsmi saytına istinadən xəbər verir.

Sözügedən klub “Sabah”ın futbolçusunu icarəyə götürüb. 21 yaşlı yarımmüdafiəçi qarşıdakı 1 il ərzində “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Xatırladaq ki “Qəbələ”nin yetirməsi olan Rauf 2023-cü ilin yayında “Sabah”la müqavilə bağlayıb. Onun paytaxt təmsilçisi ilə sözləşməsinin müddəti bu yay bitmişdi. Amma görünür, klubu onunla yeni müqavilə bağlayıb və “Sumqayıt”a icarəyə verib.

Rauf Rüstəmli karyerası boyunca “Qəbələ”, “Sabah” və “Şamaxı”da top qovub. Gənc futbolçu 2024-cü ilin iyul ayından “Şamaxı”nın uğurları üçün çalışırdı. 21 yaşlı yarımmüdafiəçi bölgə təmsilçisinin heyətində 33 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. O, “Sabah”da 2, “Qəbələ”də isə 1 oyunun iştirakçısı olub.

Rüstəmli Azərbaycanın U-19, U-21 yığmalarında çıxış edib, bu il isə əsas millimizdə debüt edib.

“Sumqayıt” daha öncə Pedro Pinto və Aleksa Yankoviçi də heyətinə qatmışdı. Miloş Miloviç, Rövlan Muradov, Momo Yansane, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Caloliddinov, Bobur Abduholikov, Silvanus Nimeli və Uğur Cahangirov bu klubdan ayrılıblar. İsa Suliman və Roi Kehatla da yeni müqavilə imzalanıb.

Избранный
39
arena.az

1Источники