RU

Yekaterinburq məhkəməsi azərbaycanlıların həbs müddətini daha 3 ay uzatdı - Rusiya dayanmır

Turkustan.az xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində keçirilən məhkəmə prosesi zamanı bir qrup azərbaycanlının həbs müddəti daha üç ay artırılıb. Bu barədə yerli məhkəmə instansiyaları məlumat yayıb.

Məlumata görə, Məzahir, Ayaz, Akif, Bakir və Kamal Səfərovlar, həmçinin Əhliman Gəncəyev, Şahid Lalaev və Aziz Abbasovun həbsdə qalma müddəti məhkəmənin qərarı ilə uzadılıb. Onlar 2001, 2010 və 2011-ci illərdə baş vermiş hadisələrlə bağlı açılan cinayət işləri üzrə ittiham olunur.

Hüquq-mühafizə orqanları sözügedən şəxslərin həmin illərdə Yekaterinburqda törədilmiş ağır cinayətlərin – o cümlədən sifarişli qətllərin və təşkil olunmuş mütəşəkkil dəstə fəaliyyətinin araşdırılmasında əsas fiqurlar kimi nəzərdən keçirildiyini bildirir.

Hazırda istintaq davam edir və bu işin Rusiya mətbuatında geniş müzakirələrə səbəb olduğu qeyd olunur. Yekaterinburqda yaşayan Azərbaycan icması nümayəndələri isə ümid edirlər ki, məhkəmə prosesləri ədalətli şəkildə aparılacaq və məsələ tezliklə tam aydınlıq qazanacaq.
Məsələ burasındadır ki, bu şəxslərin həbs olunması Səfər qardaşlarının öldürülməsi ilə müşayiət olunan qanlı olaylarla eyni anda baş verib və bir - biri ilə əlaqəlidir. Görünın budur ki, Rusiya Azərbaycan diasporuna qarşı təzyiq və təhdidləri dayandırmır./Musavat.com/

Избранный
21
turkustan.az

1Источники