Bir həftə ərzində 80 nəfərə yaxın şəxs xəstəxanaya günvurma şikayəti ilə müraciət edib.
Bu rəqəm rayonlarda daha çoxdur.
Xezerxeber.az-ın məlumatına görə, Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz yardım şöbəsinin həkimi Murad Abbasov deyib ki, son günlər havaların daha isti keçməsi ilə əlaqədar müraciətlərin sayı da artıb.
Bəs günvurma zamanı hansı ilkin yardımları göstərmək lazımdır?
Həkim qeyd edib ki, vaxtında və düzgün göstərilən yardım həyati təhlükəni azaldan əsas amildir.
Murad Abbasov onu da bildirib ki, günvurma, istiliyin və birbaşa günəş şüalarının insana təsiri ilə daxili tempraturun 40 dərəcə və daha yuxarı qaxlmasıdır. Bundan necə qorunmağa gəldikdə isə, günün zenitdə olduğu vaxtlarda, saat 11- 17:00 aralığında günəş altında olmamamaq, bol maye qəbul etmək və hava keçirən geyimlərdən istifadə etmək tövsiyə olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.